Cari ilin 7 ayı ərzində İtaliyada 653 meşə yanğınının baş verdiyi bildirilib. SİA xəbər verir ki, bu yanğınlar nəticəsində 30,9 hektar ərazi yanıb. Gündə orta hesabla 3,3 yanğın baş verib və 47,5 hektar ərazini yandırıb.
Hazırda ölkənin cənub bölgələrində, xüsusilə Siciliya və Sardiniya adalarında meşə yanğınları ilə mübarizə davam edir. Siciliya adasının qərbindəki Trapani əyalətinin Skopello şəhəri yaxınlığındakı “Zinqaro” Milli Parkı ətrafında başlayan yanğın yaşayış məntəqəsinə çatıb.
Bölgədəki 50 ev təxliyə edilib.
Trapani və Palermo şəhərləri arasındakı ərazidə isə həftənin əvvəlindən bəri 50-dən çox yanğın baş verib. Yanğınların bölgəyə ciddi ziyan vurduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə