İldırım bomba kimi düşdü

ABŞ-ın Florida ştatında bir evin yaxınlığında ildırım çaxması təhlükəsizlik kamerasına düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə işıq çaxıb, sonra partlayış səsi eşidilib.

ABŞ-ın Florida ştatında günlərdir leysan yağışlar yağır. Bu, ştatda çoxsaylı ildırım vurması ilə nəticələnib. Bir kənd evinin yaxınlığında ildırım düşüb. Qorxunc anlar təhlükəsizlik kamerasına düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Mütəxəssislər fırtına zamanı evdə qalmağı tövsiyə edir. Yüz milyonlarla volt elektrik cərəyanını daşıyan ildırım ciddi yaralanmalara və ölümlərə səbəb ola bilər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə