Hollandiya Ukraynaya Patriot tədarükünü dəstəkləyəcək

Müdafiə Nazirliyinin rəhbəri Rusiyanın hava terrorizmindən müdafiəni gücləndirməyə hazır olduğunu təsdiqləyib.

Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans ölkəsinin Ukraynaya əlavə Patriot sistemlərinin tədarükünü birgə maliyyələşdirməyə hazır olduğunu təsdiqləyib. “European Pravda” yazır ki, bu barədə Hollandiya Müdafiə Nazirliyi bazar ertəsi Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun iclasından sonra məlumat verib.

Ramşteyn görüşündə Brekelmans Ukraynanın “Rusiyanın hava terroru kampaniyasından” qorunmasının vacibliyini vurğulayıb.

...Rusiyanın məqsədi sadədir: dözümlü ukraynalıları diz çökdürmək. Biz buna imkan verə bilmərik. Ona görə də biz Ukraynanın əlavə hava hücumundan müdafiə imkanlarına mühüm töhfə vermək istəyirik, - o vurğulayıb.

Hollandiya Müdafiə Nazirliyi qeyd edib ki, ölkə hazırda ABŞ və digər müttəfiqləri ilə Ukraynanı Amerika silahları, o cümlədən Patriot sistemləri ilə təmin etmək sxemi ilə bağlı “yaxın və intensiv məsləhətləşmələr aparır”.

"Hollandiyanın töhfəsinin dəqiq təfərrüatları yaxın vaxtlarda işlənəcək. Bu, NATO, ABŞ və digər müttəfiqlərlə sıx koordinasiyada baş tutacaq", - departament əlavə edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə