Lavrov Vatikanı Ukrayna üzrə danışıqlar üçün yararsız yer adlandırıb..?

Roma Papası növbəti dəfə Rusiya və Ukrayna arasında danışıqların Vatikanda keçirilməsini təklif edib...

Roma Papası XIV Leo Ukrayna lideri Vladimir Zelenskiyə Vatikanda Rusiya və Ukrayna arasında münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif edib.

SİA-xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tac Katibliyinin bəyanatında deyilir.

...Müqəddəs Ata Rusiya və Ukrayna nümayəndələrini Vatikanda danışıqlara dəvət etməyə hazır olduğunu təsdiqləyib, - deyə məlumatda bildirilir.

Bundan əvvəl XIV Leo da danışıqların yeni raundu üçün Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul etməyə hazır olduğunu bildirmişdi.

Avropa ölkələri onun təklifini dəstəkləyib. Bundan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vatikanı Ukrayna üzrə danışıqlar üçün yararsız yer adlandırıb. O, bunu “katolik platforması” və Papanın danışıqlar prosesində iştirakını çətin hesab edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə