Trampın Afrika sammiti: minerallar, təhlükəsizlik və miqrasiya...

ABŞ-ın yeni yanaşması iqtisadi əməkdaşlığı vurğulayır...

ABŞ prezidenti Donald Tramp gözlənilmədən beş Afrika ölkəsinin - Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderlərini Vaşinqtonda sammitə toplayıb. Gündəmin mərkəzində: ticarət, təhlükəsizlik, miqrasiya və mühüm təbii ehtiyatlara çıxış müzakirə olunacaq...

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Policy yazır.

Tramp administrasiyası əvvəllər Afrikaya yardımı kəsib viza məhdudiyyətləri tətbiq etsə də, yeni yanaşma ABŞ-ın Çinlə rəqabət aparmağa çalışdığı xüsusilə mineral ehtiyatlar sahəsində iqtisadi əməkdaşlığı vurğulayır.

Afrika üzrə keçmiş baş diplomat Troy Fittrellin sözlərinə görə, “Yardım deyil, ticarət” yeni strategiyanın şüarına çevrilib.

Sammitdə iştirak edən Afrika ölkələri ÜDM-də kiçik olsalar da, zəngin nadir torpaq yataqlarına və manqan, boksit və mis kimi kritik minerallara malikdirlər.

ABŞ bunu biznes üçün bir fürsət olaraq görür, xüsusən də Çinin hələ dominantlıq etmədiyi bölgələrdə.

Bununla belə, Qərb şirkətləri qeyri-sabitliyin yüksək səviyyədə olduğu və islamçı təhlükəsi olan Sahel bölgəsinə sərmayə qoymaqdan çəkinirlər.

2020-ci ildən Mali, Burkina Faso və Nigerdəki hərbi rejimlər Qərb qoşunlarını ölkədən çıxarıb və Rusiya ilə əməkdaşlığa başlayıb.

Miqrasiyaya nəzarətin gücləndirilməsi də müzakirə olunur. ABŞ-Meksika sərhədində Mavritaniya və Seneqaldan gələn miqrantların sayının artması Tramp administrasiyasını viza məhdudiyyətlərini sərtləşdirməyə vadar edib.

Bəzi afrikalı idmançılara artıq ABŞ-a giriş qadağan edilib. Sammit, USAİD proqramlarının ixtisarına və ABŞ-ın bölgədən hərbi geri çəkilməsinə baxmayaraq, diqqəti resurslara, təhlükəsizlik və miqrasiya axınlarına nəzarətə yönəldərək Afrika ilə münasibətləri yenidən formatlaşdırmaq cəhdini nümayiş etdirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə