Məşhur reper tanınmaz halda

Sürətli şəkildə çəki itirən reper Lizzo yeni görünüşü ilə gündəmə gəlib. SİA xəbər verir ki, o, son halını əks etdirən fotonu "Instagram"da izləyiciləri ilə bölüşüb. 36 yaşlı reperin şəkli xeyli diqqət çəkib. Ona "Möhtəşəm görünürsən!", "Çox arıqlamısan, səninlə fəxr edirəm", "Çox gözəl görünürsən" kimi şərhlər yazılıb.

Qeyd edək ki, daha öncə Lizzo məşhurlar arasında məşhur olan diabet dərmanı "Ozempic"dən istifadə edərək arıqlaması ilə bağlı xəbərləri təkzib edib. O, aylarla məşq etdiyini və kalori çatışmazlığı yaradaraq arıqladığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə