...Və bu arada Rusiyada, dəqiq desək rus efirində qalmaqal yaşanıb.
“Komsomolskaya Pravda” radiosunun efirində öldürülmüş rus əsgərlərindən birinin nənəsi Ukraynadakı müharibədə həlak olanların ailələrinin üzləşdiyi əsl cəhənnəmdən danışıb.
Deməli, SİA-nın əldə etdiyi məlumata görə, Dialoq.UA yazır ki, əvvəlcə ona qışqırıblar, sonra efirdən çıxarıblar. Və radiostansiyaya zəng edən qadın çarəsiz qalıb.
...Bizim, Rusiya vətəndaşlarının bir sualı var: niyə ölən rus əsgərlərinə humanist münasibət yoxdur? Nə üçün həlak olan veteranlarımızın cəsədləri çirkli tarlalarda, meşələrdə, xarabalıqlarda altı ay, bəzən isə bir il və ya daha çox müddətə səpələnmiş halda qalırlar? Bu, "unudulma" komandirlər üçün lazımsızdır? Bu, bizim istifadə etdiyimiz materialların fotoşəkilləri kimidir! hərbi hissələrin komandirlərinə yalvarın, vaxt keçdikcə heçə çevrilən, çürüyən cəsədləri qaytarmaq üçün Müdafiə Nazirliyinə yalvarırıq! Müdafiə Nazirliyi ilə əlaqə saxlayırıq - nəticə yoxdur, cavab yoxdur. Fəaliyyət yoxdur! Mənə deyin, humanizmi Rusiyaya qaytarmaq üçün nə etmək lazımdır? Ölən qəhrəmanların cəsədlərinin məhv edilməsinə və çürüməsinə niyə icazə verirlər?
Bunu təqaüdçü nənə soruşub.
Qadının sözləri proqramın aparıcıları, Kremlin təbliğatçıları Viktor Baranets və Mixail Timoşenkonun açıq aqressiyasına səbəb olub.
Əvvəlcə onlar təqaüdçü qadını inandırmağa çalışıblar ki, onlar meyiti şəxsən görmədikləri üçün “heç bir problem yoxdur”..?
Ancaq o, nəvəsinin cəsədinin altı aydır Ukrayna ərazisində çürüdüyünü bildirdikdə, ton kəskin şəkildə dəyişib. Təbliğatçılar qışqırmağa başlayıblar, qadını yalan danışmaqda ittiham edib və dərhal da yayımı kəsiblər.
...Daha dinləmək istəmirəm, hər şey aydındır! Ona cavab lazım deyil! Bunlar kosmosa yayılan adi emosiyalardır...
Bunu nənəni susdurmağa çalışan rusiyalı təbliğatçılar bildiriblər.
...Əslində cəbhədə öldürülən ruslarla bağlı vəziyyət yeni deyil. Ukrayna tərəfi mütəmadi olaraq bildirir ki, rus əsgərlərinin cəsədləri aylarla döyüş meydanlarında qalır və Rusiyanın rəsmi strukturları onların qaytarılmasında maraqlı deyil. Beynəlxalq humanitar təşkilatlar, döyüşçülərin cəsədləri olan yük maşınlarının yalnız bir neçə aydan sonra tapıldığı çoxsaylı hallar qeydə alıb..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə