...Daha əvvəl, elə bu il mədəniyyət və sənətsevərlər üçün dünyanın ən yaxşı şəhəri seçilən Fransanın paytaxtı Paris həm də Avropanın ən yaxşı uşaq dostu şəhəri seçilib.
SİA-nın məlumatına görə, qitənin 36 şəhərini üç əsas göstərici üzrə qiymətləndirən “Təmiz şəhərlər kampaniyası”nın yeni araşdırmasına görə, problem yaradanlar üçün nəzərdə tutulan piyada yollarının sayı, nəqliyyat vasitələri üçün sürət həddi və təhlükəsiz velosiped yollarının uzunluğu – Paris 100 faizdən 79 faizlə ən yüksək nəticə əldə edib.
Reytinqdə ikinci yeri 63 faizlə Hollandiyanın paytaxtı Amsterdam, üçüncü yeri isə 62 faizlə Belçikanın Antverpen şəhəri tutub.
Beləliklə, Avropanın uşaqlara ən yaxın dost 10 şəhəri:
1. Paris, Fransa
2. Amsterdam, Hollandiya
3. Antverpen, Belçika
4. Brüssel, Belçika
5. Lyon, Fransa
6. Helsinki, Finlandiya
7. Barselona, İspaniya
8. Bristol, Böyük Britaniya
9. Oslo, Norveç
10. Gent, Belçika
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə