“Oreşnik” raket sisteminin seriyalı istehsalı bərpa edilir...

Rusiya lideri Vladimir Putin bu il ikinci dəfə orta mənzilli “Oreşnik” raket kompleksinin “seriya istehsalı”nı elan edib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna Rusiya lideri Vladimir Putinə istinadən məlumat yayıb.

Kreml rəhbəri hərbi ali məktəblərin məzunları ilə görüşü zamanı “seriyalı istehsalın” yerləşdirilməsinə başlandığını elan edib.

“Döyüş şəraitində özünü çox yaxşı sübut edən ən son orta mənzilli “Oreşnik” raket sisteminin seriyalı istehsalı davam edir”, - Putin bildirib.

Ayrı-ayrılıqda onu da əlavə etmək lazımdır ki, Putin hələ 2024-cü ilin noyabrında Oreshnik-in seriyalı istehsalına başlanılacağını elan etmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə