Tramp qarşıdakı həftələrdə Rusiyanı sanksiyalarla vura bilər...

G7 liderləri ABŞ prezidentini qətiyyətli davranmağa inandırmağa çalışacaqlar...

G7 sammiti zamanı ölkə liderləri ABŞ prezidenti Donald Trampı tərəddüdünü bir kənara qoymağa və Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa inandıra bilər.

SİA xəbər verir ki, bu barədə “Politico”ya Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Fred Fleitz məlumat verib.

Onun sözlərinə görə, Rusiya liderinin Ukrayna ilə sülh danışıqlarını ciddi qəbul etməməsinə görə ABŞ prezidenti Vladimir Putin tərəfindən hörmətsizlik hiss edir.

Trampın keçmiş milli təhlükəsizlik müşaviri Fred Fleitz nəşrə deyib ki, “...Yaxın bir neçə həftə ərzində Trampın diplomatiyanı dayandıracağı və Rusiyanı sanksiyalarla vuracağı ehtimalı yüksəkdir. Lakin o, danışıqların bərpası üçün qapını açıq saxlayacaq”.

Nəşr Kanadada keçiriləcək G7 sammitinə hazırlığı təhlil edərək yazır ki, bu ölkələrin liderləri Trampın əhval-ruhiyyəsindən istifadə etməyə və Avropa Komissiyasının Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollardan 45 dollara endirilməsi təklifini təbliğ etməyə çalışacaqlar.

Məqalə müəllifləri xatırladırlar ki, sammit ərəfəsində Avropa İtytifaqı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsində mövqeyini gücləndirib və Böyük Britaniya onları dəstəkləyir.

Eyni zamanda Trampın əhval-ruhiyyəsindən də çox şey asılı olacaq. Jurnalistlər yazır ki, o, liderlərdən ona hörmət göstərəcəklərini gözləyəcək.

Fred Fleitz əlavə edib ki, Trampın Aİ-yə “nifrəti” var və bu, Avropanın mövqeyini dəstəkləmək riskidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə