İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır - Abbas Əraqçi
İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır, lakin ölkəni dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, - nazir qeyd edib.
Nazir bildirib ki, İran danışıqların altıncı raundunda nüvə sazişi üzrə mümkün razılaşma planını Amerika tərəfinə təqdim etməyi planlaşdırır.
Abbas Əraqçi hesab edir ki, İsrailin danışıqlar zamanı hücumları istənilən diplomatik addımlara qarşı olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə