“Labubu”-nun təsisçisi Çinin ən zəngin 10 adamı siyahısına daxil olub...

Onun sərvəti 22,7 milyard dollar qiymətləndirilir...

...Məşhur “Labubu” oyuncaqlarını istehsal edən Pop Mart şirkətinin yaradıcısı Çinin ən zəngin 10 adamından biri seçilib.

SİA-nın məlumatına görə, “Forbes” yazır ki, bu, oyuncaqlar ətrafındakı həyəcan səbəbindən baş verdi.

38 yaşlı Vanq Ninq ilk dəfə olaraq Forbes-in Çinin ən zəngin adamları onluğuna daxil olub.

Onun sərvəti 22,7 milyard dollar qiymətləndirilirdi.

Yeri gəlmişkən, o, həmçinin ByteDance-ın qurucusu Zhan Yimin və Tencent-in həmtəsisçisi Ma Huatengin də daxil olduğu siyahının ən gənc üzvü olub.

2025-ci ilin birinci rübünün nəticələrinə görə, Pop Mart satışları illik müqayisədə 170 faiz artıb. Eyni zamanda, şirkətin səhmlərinin qiyməti üç dəfə artaraq 270 Honq-Konq dollarına (34,40 dollar) çatıb.

Üstəlik, ABŞ və Avropada şirkətin xəttlərindən birinə - Labubu brelok oyuncaqlarına tələbat fonunda Deutsche Bank şirkətin səhmləri üçün hədəf qiymətini 52 faiz artıraraq 303 Honq Konq dollarına (38,6 dollar) çatdırıb.

2010-cu ildə Vanq Ninq tərəfindən qurulan Pekində yerləşən Pop Mart şirkəti əvvəlcə multibrend pərakəndə satışçı kimi fəaliyyətə başlamışdır.

Onun bazar kapitallaşması hazırda 365 milyard HK dolları və ya 46,5 milyard dollar təşkil edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə