Moskva vilayətində “Əbədi məşəl”in yaxınlığındakı abidədə yuxuya gedən qadın 12 sutka həbs olunub.
SİA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə Lyubertsı şəhərində baş verib. Memorialda yuxuya gedən rusiyalı qadın videoya çəkilib.
Moskva agentliyinin Telegram kanalında yayımlanan kadrlarda çəhrayı pencək və cins şalvarda olan rus qadının “Əbədi məşəl”in yanında uzanaraq başının altına plastik butulka olan çanta qoyaraq yuxuya getməsi əks olunub.
Qadın barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Daha sonra Lyubertsı Şəhər Məhkəməsi 12 sutka həbs qərarı çıxarıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə