Estoniya hökuməti Belarusla ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişin denonsasiyasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Estoniya mətbuatına istinadən “İnfotrans” məlumat yayıb.
Qeyd edək ki, Belarus və Estoniya arasında müqavilə qarşılıqlı investisiya əməkdaşlığının inkişafına kömək etmək məqsədi ilə 1998-ci ildə bağlanıb.
Lakin Tallinə görə, Belarus birtərəfli qaydada Estoniya sakinlərinə münasibətdə sənədin fəaliyyətini qismən dayandıraraq öhdəliklərinə əməl etməyi dayandırıb.
KİV-in qeyd etdiyi kimi, sazişdən çıxdıqdan sonra Estoniya və Belarusun fiziki və hüquqi şəxslərinin gəlirləri ikiqat vergitutmadan müdafiə mexanizmləri olmadan hər bir tərəfin daxili qanunvericiliyi əsasında vergiyə cəlb olunacaq.
Qərar, xüsusən də geosiyasi gərginliklər və iqtisadi qarşılıqlı fəaliyyətin səviyyəsinin azalması nəzərə alınmaqla, ölkələr arasında işgüzar əlaqələrə və investisiya fəaliyyətinə təsir göstərə bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə