Alimlər sarı qızdırma təhlükəsi barədə xəbərdarlıq edirlər...

...Alimləri sarı qızdırma xəstəliyinin yüksək olması narahat edir. Onların fikrincə, tendensiya davam edərsə, dünya koronavirus pandemiyası dövründəkindən daha pis bir ssenari ilə üzləşəcək.

Alimləri ağcaqanad dişləmələri ilə ötürülən viral xəstəlik olan sarı qızdırma hallarının artması narahat edir.

Xəstələrdə yüksək hərarət, qaraciyər və böyrəklər zədələnir, daxili qanaxma olur.

SİA-nın məlumatına görə, xəstəliyin ikinci mərhələsində xəstələrin demək olar ki, 50 faizi 7-10 gün ərzində ölür.

Tədqiqatçılar bildiriblər ki, sarı qızdırmanın təhlükəsi ondan ibarətdir ki, ağcaqanad dişləməsi ilə də keçən digər xəstəliklərdən fərqli olaraq bu xəstəlik yüksək virusemiyaya gətirib çıxarır.

Nəticədə viruslar qan dövranına daxil olur və bütün bədənə yayıla bilər ki, bu da onların ağcaqanad dişləməsi ilə ötürülməsini asanlaşdırır.

Alimlər vurğulayırlar ki, halların artması tendensiyası davam edərsə, bu, koronavirusdan daha pis pandemiyaya səbəb ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə