Foreign Policy: “Türkiyə Silahları ABŞ-ı ələ keçirir...”

Ucuzdur və bütün dünyada tələb olunur...

...Son illərdə Türkiyə Avropa və Amerika istehsalçılarını sıxışdıraraq ABŞ-a ən böyük odlu silah tədarükçüsünə çevrilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Foreign Policy” yazır.

Türkiyə brendləri arasında lider ucuz, lakin keyfiyyətli 9 mm-lik yarı avtomatik tapançaları ilə tanınan Samsun Yurt Savunma (SYS) holdinqinin törəmə şirkəti Canik olub.

...Canik tapançaları, ekspertlərin qeyd etdiyi kimi, qiymət və keyfiyyətin əlverişli birləşməsinə malikdir. Onlar yüngüldür, çəkmək üçün rahatdır və yeni başlayanlar, o cümlədən qadınlar və gənclər üçün uyğundur.

Qiyməti 400 dollardan aşağı olan bu silah xüsusilə aztəminatlı alıcılar arasında məşhurlaşıb.

ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosunun (ATF) məlumatına görə, 2023-cü ildə cinayət yerində ələ keçirilən silahların 74 faizi tapança olub, onların təxminən yarısı 9 mm-dir.

...Everytown for Gun Safety tərəfindən aparılan araşdırmaya görə, ABŞ-da ən çox izlənilən ilk 10 markadan dördü Canik də daxil olmaqla xarici istehsaldır.

...İqtisadiyyat sadədir: ucuz silahlar daha çox zorakılıq riski deməkdir..?

Bunu Everytown-un keçmiş tədqiqat direktoru Sara Berd-Şarps deyir.

Samsun Yurt Savunmanın uğuru Türkiyənin müdafiə sənayesində 2004-cü ildə o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın dövründə başlayan islahatlar nəticəsində mümkün olub.

Dövlət ixracyönümlü müdafiə şirkətlərini fəal şəkildə subsidiyalamağa, onlara güzəştli kreditlər və ordu və polisdən sifarişlər verməyə başladı.

2012-ci ildə Samsun Yurt Savunman əsas idxalçı Century Arms ilə əməkdaşlıq edərək ilk dəfə öz məhsullarını ABŞ-a satdı. Amerikalı tərəfdaşlar tapançaları yerli bazarın zövqünə uyğunlaşdırmağa kömək etdilər.

O vaxtdan bəri Canik-in populyarlığı durmadan artdı və Samsun Yurt Savunma modelləri beynəlxalq sərgilərdə və istehlakçılar arasında tanınmağa başladı.

ABŞ-a silah idxalı 1968-ci ildən tənzimlənsə də, qanundakı boşluqlar "idman məqsədləri üçün" uyğun hesab edilən modellərin idxalına və ya idxal olunan komponentlərdən ABŞ-da silah yığılmasına icazə verir.

2022-ci ildə yeni tapança üçün sertifikatın verilməməsi ilə üzləşən Canik ABŞ-da Floridada ilk fabrikini açdı. Bu, idxal məhdudiyyətlərindən yan keçməyə və istehsalı ağır atıcı silahlara qədər genişləndirməyə imkan verdi.

...Samsun Yurt Savunma ABŞ-da öz fabriklərini açan Glock, Sig Sauer və IWI kimi digər xarici istehsalçılardan nümunə götürdü. Bu, şirkətə Amerika qanunlarına daha asan əməl etməyə və böyük dövlət müqavilələrində qalib gəlmək şanslarını artırmağa imkan verdi.

2023-cü ildə Samsun Yurt Savunmanın gəliri 190 milyon dollar olub - ən yaxşı illərində ABŞ-ın Türkiyəyə etdiyi bütün hərbi yardımdan üç dəfə çox.

...Və Vaşinqtonun Ankaraya Rusiyadan S-400-ləri aldığına görə sanksiyalar tətbiq etməsinə baxmayaraq, amerikalı alıcılar dolayı yolla da olsa, silah və qüllələrdən tutmuş döyüş pilotsuz təyyarələrinə qədər Türkiyənin müdafiə sənayesini maliyyələşdirməyə davam edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə