...Rusiya prezidenti Putin Türkmənistanın keçmiş prezidenti, Respublika Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb.
SİA-nın məlumatına görə, mesaj Kremlin saytında dərc olunub.
...Vladimir Putin və Qurbanqulu Berdiməhəmmədov Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə bir-birini ürəkdən təbrik ediblər, - deyə Kremlin mətbuat xidməti məlumat yayıb.
Berdiməhəmmədovun hazırda Rusiya-İslam Dünyası Beynəlxalq İqtisadi Forumu çərçivəsində Kazanda olduğu bildirilir.
Tərəflər ikitərəfli münasibətlər və ölkələr arasında strateji tərəfdaşlıq məsələlərini də müzakirə ediblər.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Avropa liderlərinin əhatəsində ABŞ prezidenti Donald Trampa zəng edib.
Söhbətdə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk da iştirak ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə