Suriya Rusiyanı Tartus limanından çıxarır

Və Birləşmiş Ərəb Əmirliyinə təhvil verdi...

...Suriya Limanlar İdarəsi dünyanın ən böyük liman operatoru DP World (BƏƏ) ilə memorandum imzalayıb ki, bu memorandum çərçivəsində Tartus limanının terminal və logistik xidmətlərinin inkişafına 800 milyon dollar sərmayə qoyulacaq.

SİA-nın məlumatına görə, bu barədə Suriya televiziyası məlumat yayıb.

Suriya və BƏƏ şirkəti respublikanın regionlarında xüsusi iqtisadi zonaların təşkili, terminallar və tranzit qovşaqlarının tikintisi üçün birgə işləmək barədə razılığa gəliblər.

Yeni sövdələşmə Rusiya ilə limanın Suriya hökuməti ilə birgə idarə edilməsinə dair sazişin dağılmasından sonra əldə edilib. Suriyanın “Əl Vətən” qəzeti yanvar ayında Tartus gömrüyünün direktoruna istinadən xəbər verib ki, ölkənin yeni hökuməti dəniz limanının idarə olunması ilə bağlı 2019-cu ildə imzalanmış 49 illik müqaviləni ləğv edib.

Qanunlar, yüksək liman haqları və texniki problemlər səbəbindən liman praktiki olaraq işlək vəziyyətdə deyildi. BunuTartus Gömrük direktoru Riad Jodi o zaman deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə