"Təzə hava almaq üçün" təyyarənin təcili yardım qapısını açıb...

...Çinin Kunminq Çanşuy Beynəlxalq Hava Limanına endikdən sonra China Eastern Airlines aviaşirkətinə məxsus reysin sərnişinlərindən biri öz hərəkətini “təmiz hava almaq” istəyi ilə izah edərək, özbaşına təyyarənin təcili çıxışını açıb. SİA xəbər verir ki, bu barədə Need To Know xəbər portalı məlumat yayıb.

Hadisə mayın 12-də, təyyarə artıq eniş zolağında olan zaman baş verib. Sərnişin təcili çıxış qolunu dartıb və bu, evakuasiya sürüşməsinin avtomatik işə salınmasına səbəb olub və təyyarədə olanlar arasında çaxnaşma yaradıb.

Cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Çin Xalq Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq, onu təyyarənin növündən və hadisənin konkret şəraitindən asılı olaraq 100-200 min yuana qədər inzibati cərimə gözləyir.
...Xatırladaq ki, bundan əvvəl Çinin orbitə yeni eksperimental peyki uğurla çıxardığı məlum olmuşdu. Bu arada ekspert ABŞ və Çinin gömrük rüsumlarının azaldılması ilə bağlı razılığa gəlməsinin səbəblərini açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə