Kilsəyə barıt və sursat keçirməyə çalışıb...

...Moskvada yerli qadın Xilaskar Məsihin kilsəsinə barıt və sursat keçirməyə cəhd edib.

SİA xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, hadisə mayın 3-də baş verib. Mühafizəçilər Moskvanın əsas pravoslav kilsəsinə gələnlərdən birinin özünü olduqca şübhəli apardığını görüblər.

Nəticədə ekspertlər qadını saxlayıb və əşyalarına baxış keçirib, onların arasından patron darağı və 0,5 kq barıt aşkar ediblər.

...Hadisə yerinə polis çağırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 56 yaşlı Marqarita adlı xadimə qadın olduğu üzə çıxıb. Qadın moskvalıdır.

Dindirilmə zamanı qadın evində təsadüfən barıt və sursat tapdığını deyib. O, bu əşyaların ovçu olan atasından qaldığını istisna etməyib.

Saxlanılan şəxsin dediyi kimi, o, tapıntılarının nə qədər təhlükəli olduğunu öyrənəcəkdi. Lakin qadın hüquq-mühafizə orqanlarına və ya Rusiya Fövqəladə Hallar Nazirliyinə müraciət etmək əvəzinə, nədənsə barıt və sursatla Xilaskar Məsihin Katedralinə gəlib.

Bunun fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları Marqaritaya qarşı partlayıcı maddələrin qanunsuz saxlanması maddəsi ilə cinayət işi açıblar.

İndi onu 8 ilə qədər həbs cəzası gözləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə