“McDonald's” Rusiyaya qayıdır?

Əmtəə nişanının qeydiyyatı üçün Rospatentə ərizə təqdim olunub...

...Amerikanın McDonald's korporasiyası özünün “McDonald's” ticarət nişanını Rusiyada qeydiyyata almaq üçün Rospatentə müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Meduza xəbər verir.

Dövlət agentliyinin departament sənədlərinə istinadən verdiyi məlumata görə, ərizə 2024-cü ilin dekabrında təqdim edilib, lakin yalnız indi Rospatent onu baxılmaq üçün qəbul edib. Məlum olduğu kimi, şirkət “McDonald's” ticarət nişanı altında Rusiyada içkilər və fast food istehsal edib satmaq, restoran xidmətləri göstərmək və yeməklərin çatdırılmasını həyata keçirmək istəyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə