..Deməli, İstanbul sakini olan qadın zəlzələ zamanı həyat yoldaşının ondan əvvəl öz anasına zəng etməyi üstün tutan ərindən inciyib...
...Və zəlzələdən sonra ərindən boşanmaq qərarına gəlib.
Üstəlik, onun zəng etdiyi anası zəlzələnin episentrindən 200 km aralıda yaşayıb.
SİA-nın məlumatına görə, qadın bildirib ki, yeraltı təkanları hiss etdikdən sonra ərinə zəng vurmağa çalışıb. Ancaq bu alınmayıb, yəni zəng edə bilməyib.
Və sonda qadın əri ilə danışa bilib. Qadının yoldaşı yaxşı olduğunu və tezliklə evə gələcəyini deyib.
Ər evə qayıdanda qadın qohumlarına zəng etmək üçün ondan telefon nömrəsini istəyib.
Telefonun yaddaçını görən qadın anlayıb ki, əri zəlzələ zamanı həyat yoldaşı və oğlunu yoxlamaq əvəzinə... əvvəlcə zəlzələnin episentrindən 200 kilometr aralıda yaşayan anasına zəng edibmiş...
...Məni prioritet hesab etməyən biri ilə ömrümün sonuna qədər qalmayacağam, - deyə incimiş arvad bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə