“Apple” şirkəti “iPhone” istehsalatını tam olaraq Çindən Hindistana köçürməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, şirkət köçürmənin iki il ərzində tamamlanacağını proqnozlaşdırır. Belə ki, 2026-cı ilin sonunadək şirkət ABŞ bazarı üçün nəzərdə tutulan “iPhone” modellərinin hamısını Hindistanda yığmağı planlaşdırır. Buna səbəb isə Vaşinqtonla Pekin arasında gedən ticarət müharibəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə