Rekord istilər Yer kürəsini fəlakətlə təhdid edir...

Bunu alimlər qeyd edirlər...

...Temperaturun bir qədər artması ekstremal hava hadisələrini və növlərin müxtəlifliyinin azalmasına səbəb olur. İqlim mütəxəssisləri qlobal istiləşmənin Yer kürəsinə nəzərəçarpacaq dərəcədə təsir etdiyini təsdiqləyirlər.

SİA məlumatlara istinadən 2024-cü ildə qeyri-normal istilərin qeydə alındığını xatırladır.

Mütəxəssislər hesab edirlər ki, bu, planetin orta temperaturun Selsi üzrə 1,5 dərəcədən çox yüksələcəyi dövrə girdiyini göstərə bilər.

Bu hədd iqlim risklərini qiymətləndirmək üçün vacibdir. Planetin sonrakı istiləşməsi təbii fəlakətlərin tezliyini dəfələrlə artıracaq.

Dağıdıcı daşqınlar, quru dövrlər və genişmiqyaslı yanğınlar mümkündür. Buzlaqların aktiv əriməsi dəniz səviyyəsinin görünməmiş yüksəlişi ilə doludur.

...Nature Climate Change (NCC) jurnalında dərc olunan məqaləyə görə, hətta temperaturun cüzi artımı daha sərt iqlimə və bioloji növlərin yox olmasına gətirib çıxarır. Alimlər xəbərdarlıq edirlər ki, istixana qazlarının tullantılarını azaltmaq üçün təcili addımlar atılmazsa, bəşəriyyət yaxın illərdə bu təhlükəli iqlim həddini keçə bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə