...ABŞ rəsmiləri Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirən Rusiyanın Amerikanın sülh yolu ilə nizamlanma təkliflərinə məhəl qoymamasından getdikcə daha çox məyus olurlar.
Prezident Donald Trampın administrasiyası deyir ki, o, “səbrini itirir” və başladığı sülh prosesindən imtina edə bilər. SİA-nın məlumatına görə, bu barədə Amerikanın siyasi mühitindəki mənbələrə istinadən Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında deyilir.
Analitiklərin fikrincə, Kreml ABŞ-ın müharibəni dayandırmaq təkliflərini rədd etməkdə davam edir.
“The New York Times” nəşri aprelin 17-də Parisdə keçirilən müzakirələrdə iştirak edən Avropa rəsmilərinə istinadən xəbər verir ki, Vaşinqtonun atəşkəslə bağlı mövqeyi sabit olaraq qalır.
Qeyd edilməlidir ki, bəzi mənbələrə görə, Rusiya tərəfi, Trampın sülh təşəbbüsünü “gecikdirir” və əlavə tələblər irəli sürür.
Onların arasında Ukraynanın qondarma “denazifikasiyası” vəziyyəti də var.
Yada salaq ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin fevralında genişmiqyaslı işğalın başlanğıcında “denazifikasiyanı” əsas məqsədlərdən biri elan etmişdi. Kremldə bu termin tez-tez Moskvanın fikrincə, “rusofobiya aşılayanların” “ləğv edilməsi” zərurətini ifadə etmək üçün istifadə olunur.
Əslində, bu tələb Ukraynada hakimiyyət dəyişikliyi və rusiyapərəst rejimin qurulması çağırışları üçün bəhanə kimi istifadə olunur.
ABŞ dövlət katibi Marko Rubio iki avropalı diplomata istinadən “Axios” bildirib ki, “Tramp səbrini itirir və tezliklə razılaşma əldə olunmazsa, sülh prosesindən uzaqlaşa bilər”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə