…2025-ci ildə Avropa İttifaqı ölkələri Ukraynaya silah üçün 2024-cü ilə nisbətən daha çox vəsait ayırıb.
SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas TASS agentliyinə bildirib.
…Avropa İttifaqı ölkələri artıq Ukraynaya 23 milyard avro ayırıb. Keçən il onlar 20 milyard avro ayırıblar, lakin ABŞ-la birlikdə bu, 40 milyard avroya qədər olub, - o deyib.
Avropa diplomatiyasının rəhbəri Avropa İttifaqı ölkələrini Kiyevə hərbi dəstəyi artırmağa çağırıb.
Bundan əvvəl Kallas bildirib ki, Avropa İttifaqı ölkələri artıq Kiyevə vəd edilən iki milyon artilleriya mərmisinin üçdə ikisini tədarük edib.
O qeyd edib ki, Ukraynada davamlı sülhə nail olmaq üçün guya “Rusiyaya maksimum təzyiq göstərmək lazımdır”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə