Planetin bütün yeraltı sularını təmizləyə bilən mikroblar tapıblar

Onlar karbon və azotla qidalanırlar…

...Amerikalı alimlər torpağın 21 metrə qədər dərinliyində yaşayan mikroorqanizmlərin yeni növünü kəşf ediblər.

…CSP1-3 adlanan bu mikroblar Yer kürəsində xüsusi zonada yaşayır və yeraltı suların təmizlənməsində mühüm rol oynayır.

Karbon və azotu təkrar emal etmək qabiliyyəti ilə bu mikroorqanizmlər içməli suyun təmizlənməsi və təhlükəli çirkləndiricilərin çıxarılması ilə bağlı problemlərin həllinə kömək edə bilər.

Tədqiqatçılar onları laboratoriyada yetişdirməyi planlaşdırırlar, baxmayaraq ki, bu asan olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Hitech+” yazır.

…ABŞ və Çindən Yerin səth qatının “kritik zonası” adlanan ərazidə toplanmış torpaq nümunələrində CSP1-3 adlı yeni mikroorqanizm növü aşkar edilib. Hər iki sahədə dərin torpaqların oxşarlığı bu mikrobların geniş yayılmış ola biləcəyini göstərir.

“Kritik zona” ağacın zirvələrindən 213 m dərinliyə qədər uzanır və planetdə həyatın dəstəklənməsində əsas rol oynayır. O, qida istehsalı, suyun keyfiyyəti və sağlam ekosistemlər üçün vacib olan torpağın əmələ gəlməsini, su və qida maddələrinin dövranını tənzimləyir.

Bununla belə, bu dərin torpaq təbəqələri nisbətən az öyrənilmiş ərazi olaraq qalır.

…Alimlər DNT-ni torpağın dərin qatlarından təcrid edərək müəyyən ediblər ki, bu mikroorqanizmlər qrupunun əcdadları milyonlarla il əvvəl su mühitlərində - isti bulaqlarda və şirin su hövzələrində yaşayıblar.

…Təkamül zamanı onlar yaşayış yerləri arasında ən azı bir əsas keçid edib: əvvəlcə sudan torpağın səth qatına, sonra isə daha dərinə…

Tədqiqatın əsas nəticəsi ondan ibarət idi ki, hətta böyük dərinliklərdə belə bu mikroorqanizmlər aktiv maddələr mübadiləsi nümayiş etdirirlər.

Bu mikroblar təkcə torpaq mikrobiomunun bir hissəsi deyil, həm də onun dominant nümayəndələri olub, bəzi hallarda isə 50 faizdən çoxunu təşkil edib. Bu üstünlük bu mikroorqanizmlər qrupunun xüsusi şəraiti və uzunmüddətli təkamülü ilə izah olunur ki, bu da onların qida maddələrində zəif olan mühitə uyğunlaşmasına imkan verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə