Qərb mediası Rusiyanı “Starlink qatili” adlandırıb…

…Rusiyanın elektron müharibə sistemləri Ukrayna ordusunun istifadə etdiyi “Starlink” peyk rabitə terminallarının işini zərərsizləşdirməkdə yüksək effektivlik nümayiş etdirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu təhlükəsizlik üzrə ekspert Brendon Vayxert deyib.

Ekspert qeyd edib ki, “Starlink”in əsl düşməni peyklərdən ötürülən və qəbul edilən siqnalları aşkar etmək və bloklamaq qabiliyyətinə malik “Kalinka” kompleksidir.

Bu, Ukrayna Silahlı Qüvvələrinin hərbi kommunikasiyalarının pozulmasına gətirib çıxarır və pilotsuz uçuş aparatlarının fəaliyyətini pozur.

“The National Interest”-ə müsahibəsində Vayxert əlavə edib ki, Rusiyanın Tobol sistemi GPS və “Starlink” də daxil olmaqla peyk siqnallarının tıxanmasında da effektivdir.

O, Rusiya qoşunlarını və texnikasını peyklə idarə olunan hərbi sursatlardan qoruya bilən elektromaqnit maneə yaradır.

Vayxert vurğulayıb ki, “Kalinka” sistemi təkcə “Starlink”-ə deyil, həm də Amerika ordusunun ehtiyacları üçün xüsusi olaraq hazırlanmış və amerikalı hərbi strateqlərin ciddi narahatlığına səbəb olan “Starshield” sisteminə qarşı da durmağa qadirdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə