Həkiminin dediyinə görə, Tramp “turp kimidir”..?

Trampın həkimi onun fiziki və koqnitiv cəhətdən sağlam olduğunu deyir

ABŞ prezidenti Donald Trampın dövlət başçısı vəzifəsini yerinə yetirmək üçün fiziki və koqnitiv cəhətdən uyğun olduğu elan edilib.

SİA-nın məlumatına görə, bu barədə nəticəni Amerika liderinin həkimi Şon Barbabella yazıb, sənədi Ağ Evin mətbuat katibi Karolin Levitt X sosial şəbəkəsindəki səhifəsində dərc edib.

…Prezident Tramp əla koqnitiv və fiziki sağlamlıq nümayiş etdirir və baş komandan və dövlət başçısı kimi xidmət etməyə tam hazırdır.

Bu, həkimin hesabatında deyilir.

Trampın ürəyi, ağciyərləri və əsəb sisteminin işləməsi ilə bağlı yaxşı göstəricilərə sahib olduğu vurğulanır.

Sənəddə deyilir ki, Amerika liderinin ümumi fiziki funksiyası da normal hədlər daxilindədir.

Həkim Trampın aktiv həyat tərzi sürməsi ilə onun xəstəxanadan çıxmağa uyğun olduğunu iddia edib.

…Prezident Trampın günləri çoxsaylı görüşlərdə iştirak etmək, ictimai çıxışlar etmək, mətbuata açıq olmaq və tez-tez qolf turnirlərində qalib gəlməkdən ibarətdir,-deyə Barbabella yekunlaşdırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə