Yüzlərlə rus Taylandda ilişib qalıb

Hazırda 200-ə yaxın Rusiya vətəndaşı Pxuket hava limanında qalıb və Moskvaya uça bilməyəcəklər.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Bir neçə yüz Rusiya vətəndaşı təxminən on saatdır ki, Azur Air reysi ilə Tailanddan çıxa bilmir.

ZF 2902 reysi 12 aprel şənbə günü, Moskva vaxtı ilə saat 8:50-də Rusiyaya uçmalı idi. Lakin insanlar hələ də təyyarəyə minə bilmirlər. Onların evə ancaq gecə saat 3:40-da uça biləcəkləri iddia edilir.

Eyni zamanda, aviaşirkətin qaynar xətti hələ də məlumatları dəqiqləşdirmək üçün insanları səyahətlərini bron etdikləri turizm agentliklərinə yönləndirir.

Pxuketdə ilişib qalan rusları yerli otellərdə yerləşdirməyin mümkün olub-olmadığı da hələlik məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl “Shot” Telegram kanalı Tailanddakı kurortda rusların iştirakı ilə növbəti insident barədə məlumat yayıb.

Rusiyadan gələn bir qrup turist Pxuketdə açıq dənizdə qırılan qayıqda ilişib qalıb.

Onların hər biri ekskursiya üçün 10 min rubl ödəyib, lakin sonda xidmət keyfiyyəti arzuolunan çox şey etdib.

Turistlərin olduğu qayıq marşrutun lap əvvəlində xarab olub. Gəmini təmir etmək üçün uğursuz cəhdlərdən sonra təşkilatçılar ikinci qayığı çağırıblar.

Qayıdanda benzin olmadığı üçün dayanıb. Ruslar nəhayət sahilə qaytarılıb, lakin ekskursiya doqquz saat davam edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə