…Türkiyə hakimiyyəti resursda mərc və digər qeyri-qanuni qumar oyunlarının reklamına görə Rutube videolarının yerləşdirilməsi və onlara baxılması üçün onlayn xidmətə girişi bloklayıb.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə ölkənin İnformasiya Texnologiyaları və Rabitə Departamenti müvafiq qərar qəbul edib.
Sayta daxil olmağa cəhd edərkən, tənzimləyicinin qərarı ilə girişin bloklandığı barədə bildiriş görünür.
Eyni məlumat idarənin rəsmi saytında bloklanmış resursların yoxlanılması bölməsində verilmişdir.
Orada istifadəçilərə Türkiyə Cinayət Məcəlləsindən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, qumar və mərc oyunlarının təşkili ilə bağlı danışılan hissələr göstərilir.
…Qeyri-qanuni mərc saytlarına göndərdiyiniz pullar sizi cinayətkar edə bilər. Bundan əlavə, qeyri-qanuni mərc oyunları və qumar oyunları cinayətdir, - deyə Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi xəbərdarlıq edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə