…Çin ABŞ administrasiyasının işğalın qarşısını almaq istəmədiyinə və ya bacara bilməyəcəyinə ümid edir.
Çin yaxın bir neçə ay ərzində Tayvanı işğal edə bilər.
SİA-nın məlumatına görə, bunu kəşfiyyat mənbələrinə istinadən “19FortyFive” portalı üçün Pentaqonun keçmiş məsləhətçisi Ruben F.Conson yazıb.
…Kəşfiyyat mənbələri Çinin Tayvanı işğal etmək cəhdinə ən azı altı ay qaldığına inandıqlarını söyləyirlər. Onlar deyirlər ki, vaxt çərçivəsi Çin Kommunist Partiyasının yüksək rütbəli liderlərinin Vaşinqtondakı ABŞ administrasiyasının işğalın qarşısını almaq istəməyəcəyi, ya da qarşısını almaq iqtidarında olmadığına dair inancından irəli gəlir.
İşğal seçimləri
ABŞ Ordusunun təqaüdçü polkovnik-leytenantı Çak DeVore üç mümkün ssenarini proqnozlaşdırır: “xəstənin boğulması, ildırımın tutulması və ya ümumi xaos”...
DeVore ilk variantın Tayvanın tam blokadası olacağını proqnozlaşdırır. Çin donanması adayı "polad ilgək kimi mühasirəyə alacaq, Tayvan boğazını öldürmə zonasına çevirəcək.Unutmayaq ki, Tayvanın ərzaq və təbii qazının 90 faizi dəniz yolu ilə daşınır.
…Bu həyat xəttini kəsməklə ada aylarla ac qalacaq. Heç bir işğal, qanla isladılmış çimərliklər yoxdur, sadəcə yavaş boğulma var…
İkinci variant, Tayvanın müdafiəsini məhv edəcək və onun “Patriot” və digər raketdən müdafiə sistemlərini alt-üst edəcək kütləvi Çin raket zərbələrini əhatə edir.
Pekinin "vətənpərvər hakerlər" ordusu elektrik şəbəkələrini, internet və telefon şəbəkələrini sıradan çıxaracaq. Eyni zamanda 100 min Çin əsgəri adanın çimərliklərinə zərbələr endirəcək. Vaşinqtonla 12 saatlıq vaxt fərqini nəzərə alsaq, bütün bunlar DeVorenin yazdığı kimi, “ABŞ oyanmazdan əvvəl” baş verəcək. Beləliklə, Pekinin məqsədi “bir neçə günə Taypeyi ələ keçirmək və dünyaya qərarlı sövdələşməni təqdim etmək” olacaq.
Qiyamət ssenarisi
Bu ssenaridə Çin Tayvanı ələ keçirməyə və ABŞ-ın və Amerikanın bütün regional müttəfiqlərinin müdafiə imkanlarını məhv etməyə çalışacaq.
Raket zərbələri təkcə adadakı hərbi obyektləri yox, həm də ABŞ-ın Yaponiya, Quam və Filippindəki bütün bazalarını məhv edəcək.
Eyni zamanda, prezident Cozf Baydenin açıq sərhəd protokolları ilə ABŞ-a qaçaq yolla gətirilən 20.000 çinli Meksika kartelləri ilə birlikdə hücumlara başlayacaq. Nəticədə, ABŞ Texasdan sərhəd keçidlərində atışmalar və sərhəd daxilində təxribat hücumları səbəbindən cənub sərhədi üzərində tam nəzarəti itirəcək.
Elektrik şəbəkəsinə edilən hücumlar səbəbindən infrastruktur sıradan çıxacaq.
DeVore qeyd etdiyi kimi, bu, İmperator Almaniyasının "Meksikanı Birinci Dünya Müharibəsindən yayındırmaq üçün onu ABŞ-a qarşı qoymağa çalışdığı, hətta Meksikaya hərbi məsləhətçilər göndərdiyi" vəziyyətin müasir versiyası olardı.
Bununla belə, Çin üçün yüksək riskli bir qumar olacaq, xüsusən də başlamazdan əvvəl tutulsa….
Bundan əlavə, ABŞ qlobal qəzəbi birləşdirməklə, qlobal liderliyi gücləndirməklə və Çini iqtisadi cəhətdən cəzalandırmaqla qalib gələ bilər.
Bunu da ekspert qeyd edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə