Fransanın dövlət borcu 3,305,3 milyard avroya çatıb, büdcə kəsiri 2024-cü ildə ÜDM-in 5,8%-ni təşkil edib. SİA xəbər verir ki, bu haqda Statistika və iqtisadi tədqiqatlar Milli İnstitutu (İNSEE) məlumat yayıb.
İNSEE bildirib ki, 2024-cü ildə büdcə kəsirinin ÜDM-in 5,8 %-ni təşkil etməsi Avropanın tələbi olan 3%-dən çox yüksəkdir. Dövlət borcu isə 3 305,3 milyard avroya və ya ÜDM-in 113%-nə yüksəlib.
Baş nazir Fransua Bayrunun əsas milli düşmən kimi təsvir etdiyi dövlət borcunun yaxın illərdə, əlavə xərclər tələb edən yenidən silahlanma ilə artacağı proqnozlaşdırılır.
Dövlət borcu 2023-cü ilin sonundakı 109,8%-dən (və ya 3 102,5 milyard avro) 2024-cü ilin sonunda ÜDM-in 113%-nə (və ya 3 305,3 milyard avro) yüksəlib. Bu böhran və ya müharibə dövrləri xaricində rekord səviyyədir.
Hökumət 2029-cu ildə Avropa İttifaqı həddi olan 3%-dən aşağı səviyyəyə çatmazdan əvvəl 2025-ci ildə kəsiri ÜDM-in 5,4%-nə endirməyi planlaşdırır.
Qeyd edək ki, Avropa İttifaqı daxilində yalnız Yunanıstan və İtaliyanın dövlət borcu Fransadan daha yüksəkdir, Fransa isə büdcə kəsiri baxımından ən pis göstəriciyə malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB