Rus qoşunları Qoqolevka qəsəbəsini geri aldı

Rusiya Ukrayna qoşunlarının daxil olduğu Kursk vilayətindəki Qoqolevka qəsəbəsini geri alıb. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, Rusiya əsgərləri bölgədəki Ukrayna əsgərlərinə qarşı hücumlarını davam etdirir: “Bölgədəki Qoqolevka qəsəbəsi Şimal Hərbi Qrupu birlikləri tərəfindən azad edildi”. Açıqlamada Ukrayna ordusunun 2024-cü ilin avqust ayından bu yana Kursk istiqamətində 70 min 700 əsgər, 402 tank, 327 piyada döyüş maşını, 290 zirehli transportyor və 2233 zirehli texnika itirdiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə