Almaniya Rusiyanı tərksilah etməyi təklif edir

Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel Amerikanın orta mənzilli raketlərinin sayının azaldılması müqabilində Rusiyaya tərksilah tədbirləri təklif edilməsini istəyib.

SİA-nın məlumatına görə, o, bu barədə “Rheinische Post” qəzetinə bildirib.

…Və mən də 1980-ci illərdə olduğu kimi Rusiya üçün paralel tərksilah təklifi görmək istərdim: əgər Rusiya artıq yerləşdirdiyi orta mənzilli raketlərini geri çəkməyə hazırdırsa, bunun müqabilində biz onları yerləşdirməkdən çəkinə bilərik, - deyə keçmiş nazir vurğulayıb.

Qabriel, həmçinin bu tip Amerika silahlarının saxlanmasının Almaniyanı hədəfə çevirdiyini vurğulayaraq, tərksilahın mümkünlüyünə işarə edib.
Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının liderlərinin xəyalpərəst olduğunu bildirib və bu, onların Ukraynaya qoşun yeritmək barədə əsassız fikirləri ilə təsdiqlənir.

O əlavə edib ki, Avropa ölkələrinin siyasəti ABŞ-ın hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyinə əsaslı şəkildə ziddir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə