Marsda anomal quruluşa malik qaya aşkar edilib

Marsda anomal quruluşa malik qaya aşkar edilib. SİA xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, "Perseverance" komandası səthi yüzlərlə kiçik "muncuq"la örtülmüş qeyri-adi qaya tapıb. Qayanın səthində tünd boz rəngli yüzlərlə kürəşəkilli formasiyalar var. Onlardan bəziləri uzunsovdur, digərlərinin qırıqlara bənzəyən iti kənarları var, bəzilərində isə kiçik dəliklər görünür. Tədqiqatçılar bir neçə millimetr ölçüsündə olan bu "muncuq"ların meydana gəlməsinə hansı geoloji prosesin səbəb ola biləcəyini anlamağa çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə