NASA dəniz səviyyəsinin sürətlə yüksəlməsindən narahatdır

...Keçən il dəniz səviyyəsinin anormal qalxmasının əsas səbəbi iqlim dəyişikliyi olub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu məlumatlar NASA-nın yeni araşdırmasında təqdim olunub. Peyk müşahidələri göstərir ki, bu müddət ərzində qlobal dəniz səviyyəsi 0,23 düym artaraq proqnozlaşdırılan 0,17 düymdən xeyli keçib. Alimlər qeyd ediblər ki, hətta ekspertlər belə artım templərini gözləmirdilər.

NASA-nın Jet Propulsion Laboratoriyasının tədqiqatçısı Coş Uillis dəniz səviyyəsində illik dalğalanmaların normal olduğunu, lakin yüksəlişin sürətlənməsi istiqamətində ümumi tendensiyanın getdikcə daha aydın olduğunu söyləyib.

Onun sözlərinə görə, bu, əsasən, keçən il ümumi artımın üçdə ikisini təşkil edən okean kütlələrinin istiləşməsi ilə suyun termal genişlənməsi ilə bağlıdır.

Digər üçdə biri isə buzlaqların və buz təbəqələrinin əriməsi ilə bağlı olub.

NASA-nın fiziki okeanoqrafiya proqramına rəhbərlik edən Nadya Vinoqradova Şiffer bildirib ki, keçən il son 30 ilin ən yüksək okean temperaturu rekordu qeydə alınıb.

Mütəxəssis həmçinin El Nino fenomeninin təsirini qeyd edib ki, bu da su təbəqələrində istiliyin şaquli hərəkətini təşviq edir, bu da istilik genişlənməsinin təsirini artırır.

1993-cü ildən bəri məlumatların təhlili göstərib ki, bu müddət ərzində dəniz səviyyəsinin qalxması iki dəfədən çox artıb.

30 il ərzində aparılan müşahidələr nəticəsində suyun səviyyəsi ən azı 10 santimetr qalxıb.

Alimlər hesab edirlər ki, bu, həm suyun istiləşməsinə, həm də buzlaqların intensiv əriməsinə səbəb olan antropogen iqlim dəyişikliyi nəticəsində baş verib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə