Lvov sakini hərbi xidmətdən möhlət almaq məqsədilə Xarkovda oğlu üçün üçüncü uşaq alıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Strana.ua” Ukrayna prokurorluğuna istinadən özünün Telegram kanalında məlumat yayıb.
Qadın kömək üçün Xarkovda doğum həkimi işləyən dostuna müraciət edib. O, doğuşdan sonra Lvov sakininin oğlunu körpənin atası kimi qeydiyyata almaq üçün pul təklif edən hamilə qadın tapıb.
Bunun üçün hamilə qadına 400 dollar verilib.
Onlar da söz veriblər ki, uşaq üç yaşına çatana qədər hər ay ona pul göndərəcəklər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə