Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər, əgər...

ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə danışıqları nəticə verməsə, Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.

SİA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinqdə bildirib.

Onun fikrincə, Ukrayna və Rusiya heç vaxt sülh sazişinə indiki qədər yaxın olmayıblar.

...Prezident Tramp buna nail olmaqda qərarlıdır, - Levitt vurğulayıb.

Eyni zamanda jurnalistlər ondan soruşublar ki, əgər sabah Putinlə danışıqları müsbət nəticə verməsə, Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşünəcəkmi?

...Prezident bu barədə danışıb və təbii ki, lazım gələrsə, bunu etməyə hazırdır,- deyə Levitt cavab verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə