Ukrayna NASA-ya robotlar tədarük etməyə başlayıb

Artıq sınaq partiyası ABŞ-a göndərilib

Ukrayna NASA-ya robotlar tədarük etməyə başlayır. Sınaq qrupu artıq ABŞ-a yola düşüb.

SİA-nın məlumatına görə, bu barədə Ukraynanın baş nazirinin müavini, rəqəmsal transformasiya naziri Mixaylo Fedorov bildirib.

Onun sözlərinə görə, əməkdaşlığa NASA-nın təşəbbüs göstərməsi vacibdir.

DroneUA-dan olan tərtibatçılar isə yaxın gələcəkdə NASA ilə sistematik tərəfdaşlıq qurmağa ümid edirlər.

...Müharibə müdafiə texnologiyaları bazarına güclü təkan verdi, texnologiyalarımız çox sürətlə inkişaf edir. Məqsədlərdən biri də avadanlığın xaricə çatdırılmasıdır, çünki bu, büdcəyə milyardlarla gəlir gətirə bilər. Ukrayna texnologiyaları hər yerdə effektivdir. Quruda, suda və hətta kosmosda...

Bunu Fedorov qeyd edib.

Qeyd edək ki, Ukrayna və Şərqi Avropa bazarlarında DroneUA şirkətlər qrupu dünyanın aparıcı dron istehsalçılarının ən böyük inteqratoru, idxalçısı və distribyutorudur.

...Və XAG, EcoFlow, Pix4D, Parrot, Chasing, DroneDeploy, AgroCares və digər brendlərin texnoloji həllərini təmsil edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə