USAID-in Ukraynadakı işçi sayı 64-dən 8-ə endirildi

Amerika Prezidenti Donald Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ukraynadakı mövcudluğunu azaltmaq qərarına gəlib. SİA xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb. Bildirilir ki, 64 amerikalı işçi və podratçıdan yalnız səkkizi ölkədə qalacaq. Qalanları inzibati məzuniyyətə göndəriləcək və Ukraynadan çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə