Lufthansa təyyarəsinin Şanxay-Münhen reysində yanacağı bitib

Rusiyanın sanksiyalara cavabı olan Rusiya hava məkanının Avropa aviaşirkətləri üçün bağlanması səbəbindən Qərb aviadaşıyıcıları həll yollarından istifadə etmək məcburiyyətindədir.

Rusiya hava məkanından yan keçərək Çindən Almaniyaya uçan Avropanın Lufthansa aviaşirkətinə məxsus təyyarənin yanacağı bitib.

SİA xəbər verir ki, bu barədə məlumatı “Kurier” nəşri yayıb. Fevralın 25-də Airbus A350 təyyarəsi Şanxaydan Münhenə uçurmuş. Güclü küləklər hava nəqliyyatı dispetçerlərini ilkin marşrutu tənzimləməyə məcbur edib. Uçuşa təxminən 12 saat qalmış ekipaj yanacaq ehtiyatlarını artırmaq üçün Vyanada planlaşdırılmamış eniş etmək qərarına gəlib.

Nəticədə təyyarə eniş etdikdən və Avstriya paytaxtından 38 dəqiqəlik uçuşdan sonra fevralın 26-da səhər saatlarında Münhenə çatıb.

Ümumi gecikmə vaxtı 1 saat 10 dəqiqə olub.

Nəşrin məlumatına görə, ilkin marşrutdan yayınma “Çin aviasiya təhlükəsizliyi tələbləri” ilə bağlı olub.

Qeyd olunur ki, sanksiyalara cavab olaraq Rusiya hava məkanının Avropa aviaşirkətləri üçün bağlanması səbəbindən Qərb aviadaşıyıcıları həll yollarından istifadə etmək məcburiyyətindədir.

Rusiyanın səmalarını Aİ-yə bağlamaq qərarı alman hava yolları üçün problemlərlə nəticələnib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə