Uels şahzadəsi Uilyam İngiltərə millisinin yeni baş məşqçisi Tomas Tuhellə görüşüb. SİA “Mirror” nəşrinə istinadən xəbər verir ki, görüş Vindzor qəsrində baş tutub. Tərəflər bir saatdan çox söhbət edib. Bu, Tuhelin İngiltərə millisinin baş məşqçisi vəzifəsinə təyin olunandan sonra şahzadə ilə ikinci görüşüdür.
Qeyd edək ki, Tuhel gələn ay “Uembli” stadionunda Albaniyaya qarşı oyunda İngiltərə yığmasının baş məşqçisi kimi ilk oyununa çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə