Roma Papasının vəziyyəti açıqlandı

Pnevmoniyadan müalicə olunan Papa Fransisk özünü yaxşı hiss edir. SİA xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb. "Müqəddəs Atanın vəziyyəti son 24 saat ərzində bir qədər yaxşılaşıb", - deyə məlumatda bildirilib. Son günlər ortaya çıxan yüngül böyrək çatışmazlığı artıq müşahidə olunmur. Pontifikin döş qəfəsinin KT müayinəsi nəticəsində pnevmoniya ilə bağlı yeni problem aşkar edilməyib. Həmçinin qan analizi də onun vəziyyətinin yaxşılaşdığını təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə