...Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lemmi deyib ki, Avropa Rusiyanın aktivlərini dondurmaqdan onları müsadirə etməyə keçməlidir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, britaniyalı nazir parlamentdə çıxışı zamanı Ukraynaya dəstək məqsədilə Rusiya Federasiyasının aktivlərinin müsadirə edilməsinə və təyinatının dəyişdirilməsinə icazə verən fövqəladə qanunvericiliyə dəstək verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb.
...Avropa tez hərəkət etməlidir və mən hesab edirəm ki, biz aktivlərin dondurulmasından onların ələ keçirilməsinə keçməliyik. Bu, heç bir hökumətin təkbaşına hərəkət edə bilməyəcəyi məsələ deyil. Avropalı müttəfiqlərimizlə birlikdə hərəkət etməliyik.
Devid Lemminin sözləridir.
Qeyd edilməlidir ki, yanvarda parlamentdə müzakirələr zamanı Avropa Xarici İşlər Naziri Stiven Doti bildirib ki, Britaniya Ukraynanın lazımi dəstəyi alması üçün “bütün qanuni tədbirləri” nəzərdən keçirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə