İsrail Suriyanın yeni hakimiyyətinin Dəməşqin cənubunda hərbi mövcudluğuna icazə verməyəcək. Biz ərəb respublikasının cənub bölgələrinin tam hərbisizləşdirilməsini tələb edirik. SİA xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu zabit kurslarının məzunları qarşısında çıxışı zamanı deyib. "Biz "Heyət Təhrir əş-Şam"ın və ya yeni Suriya ordusunun Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik. Suriyanın cənubunun, o cümlədən Quneytra, Dəra və Suveyda əyalətlərinin tam silahsızlaşdırılmasını tələb edirik", - o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə