Fridrix Merzi bu gün Almaniyada seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. SİA xəbər verir ki, bu sözləri NATO Baş katibi Mark Rutte sosial şəbəkə hesabında qeyd edib. “Biz ümumi təhlükəsizliyimiz üçün bu mühüm məqamda sizinlə işləməyi səbirsizliklə gözləyirik. Avropanın müdafiə xərclərini artırması həyati əhəmiyyət kəsb edir və sizin rəhbərliyiniz həlledici olacaq”, - o bildirib. Qeyd edək ki, 23 fevralda Almaniyada keçirilən parlament seçkilərində ilkin nəticələrə görə Xristian Demokratik Birliyi (Fridrix Merz) 29% səslə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə