Günəşdə X2.0 adlandırılan güclü partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.
“Maksimum radiasiya Bakı vaxtı ilə təxminən 23:20-də qeydə alınıb. İlkin hadisə sinfi X2.0-dır. Sonuncu dəfə daha böyük hadisə 2024-cü il dekabrın 8-də, yəni demək olar ki, 2,5 ay əvvəl müşahidə olunub”, - deyə məlumatda bildirilir.
Alimlər vurğulayıblar ki, partlayış bir gündən az əvvəl başlayan günəş aktivliyinin sürətli artmasının nəticəsidir. Onların məlumatlarına görə, məşəlin yeri Günəşin qərb kənarıdır və Yerə təsir etmək şansı minimaldır.
"Geomaqnit vəziyyəti ilə bağlı proqnoz bununla bağlı dəyişmir və yaşıl zonada qalır", - laboratoriya əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə