Stavropolda it sürüsü 9 yaşlı qızı parçalayıb

...Stavropolda məktəbli qız küçədə gedərkən ev itləri sürüsü ona hücum edib. Rusiyanın Stavropol diyarı üzrə İstintaq Komitəsinin məlumatına görə, heyvanlar güllə ilə qovulub, lakin uşağı xilas etmək mümkün olmayıb.

Bazar günü müstəntiqlər itlərin hücumuna məruz qalan 9 yaşlı qızın ölümü ilə bağlı cinayət işi açıb.

İstintaqın məlumatına görə, hadisə fevralın 23-də günorta saatlarında Çapayeva küçəsində baş verib.

Qız yerli sakinin it saxladığı ərazinin yaxınlığında gəzirmiş. Heç bir qapaq yox imiş və heyvanlar nəzarətsiz ərazidə sərbəst gəzirdilər.

...Nəticədə itlər qıza hücum edərək ona çoxsaylı bədən xəsarətləri yetiriblər. Hadisə yerinə yaxın yaşayan şəxs itlərə atəş açaraq onları qovmağa çalışıb. Lakin artıq çox gec idi və uşağı xilas etmək mümkün olmayıb, - istintaq bildirir.

İtlərin sahibi saxlanılıb və yaxın vaxtlarda barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Cinayət işi şəxsi nəzarətdədir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə