Heqset: “Zelenski danışıqlar masasına oturmalıdır...”

.Vladimir Zelenski danışıqlar masası arxasına oturmalıdır və Birləşmiş Ştatlar onun bunu edəcəyinə ümid edir, ABŞ müdafiə naziri Pit Heqset deyib.

SİA-nın məlumatına görə, bu barədə TASS yazır.

Agentliyin məlumatına görə, son həftələr Vaşinqton Ukrayna üzrə sülh danışıqları mövzusunu fəal şəkildə gündəmə gətirir. ABŞ rəsmiləri Kiyevi münaqişəni diplomatik yollarla dayandırmağa çağırır.

...Zelenski danışıqlar masasına oturmalıdır, çünki ABŞ ilə iqtisadi əməkdaşlıq onun ölkəsinin gələcəyi üçün vacibdir. Və ümid edirik ki, o, bunu tezliklə edəcək, - Heqset vurğulayıb.

Daha əvvəl Ukrayna lideri bildirib ki, ABŞ təhlükəsizlik zəmanəti vermədən atəşkəsdə israr edir. O əlavə edib ki, Kiyev də öz növbəsində Qərb tərəfdaşlarından hərbi və maliyyə təminatı verməsini tələb edir.

Onların arasında Avroa İttifaqına üzvlük, 800 min əsgərdən ibarət olacaq Ukrayna ordusunun Qərb tərəfindən maliyyələşdirilməsi və xarici hərbi kontingentin yerləşdirilməsi var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə